Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional bölməsinin əməkdaşları tərəfindən yanğından mühafizə haqqında maarifləndirici görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsinin yoxlanılması, mülki müdafiə üzrə bilik səviyyəsinin qiymətləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional bölməsinin əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları; yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallar zamanı zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələrilə davranış qaydaları və s. haqqında məlumat veriblər.