11.12.2018

Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin bir qrupu Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması olub.

Mərkəzin əməkdaşları iştirakçılara Heydər Əliyev Mərkəzi haqqında məlumat veriblər. Bildirilib ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

 


Açar sözlər: ,  ,  ,