10.12.2018

Məktəbəhazırlıq qruplarında dərs aparan müəllimlər üçün seminar keçirilib

Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə Təhsil İdarəsinin metodisti Təyyubə Musayeva tərəfindən seminar keçirilib.

Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəsissələrinin məktəbəhazırlıq qruplarında fəaliyyət göstəərn müəllimlər iştirak ediblər.

Maarifləndirici seminarda "Məktəbəhazırlıq qruplarında işin təşkili və qiymətləndirmənin aparılması qaydaları" mövzusunda məruzələr dinlənilib və müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,