Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 12 dekabr Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyev irsi, həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək olub.
Heydər Əliyev mərkəzinə ekskursiyalar, dəyirmi masalar və digər tədbirlərdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
Ulu öndərin həyat və yaradıcılığı ilə bağlı video çarxlar nümayiş etdirilib, şagirdlərə geniş məlumat verilib, şagirdlər də öz növbəsində şeirlər və səhnəciklərlə çıxış ediblər.