Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir Gəncə Şəhər Təhsil İdarəsi, Şəhər Baş Polis İdarəsi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Maarifləndirici görüşdə çıxış edənlər, narkotik maddələrin insan həyatına təsirindən geniş bəhs edib, şagirdləri yaxşı təhsil almağa, idmanla məşğul olmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.