15.12.2018

Gəncə şəhər ümumi təhsil məktəblərinin IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama imtahanı keçirilib

Gəncə şəhər  ümumi təhsil məktəblərinin IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilib. 3136 şagirdin iştirak etdiyi yoxlama (sınaq) imtahanı şagirdlərin buraxılış imtahanının 2-ci mərhələsinə hazırlıq məqsədilə keçirilib.

 Şagirdlər Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dil fənlərindən 90 test tapşırığını 135 dəqiqə ərzində cavablandırıblar.

Yoxlama (sınaq) əsas məqsəd təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək və dioqnostik qiymətləndirməsini həyata keçirməkdir. Bu da, gələcəkdə şagirdlərimizin buraxılış imtahanlarında yüksək nəticələr əldə etməsinə gətirib çıxardacaqdır.


Açar sözlər: ,