18.12.2018

"Yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan maraqlarının artırılması məqsədi ilə ümumşəhər bilik yarışlarının təşkili" layihəsi uğurla həyata keçirilir

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsininin qalibi olan Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin "Yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan maraqlarının artırılması məqsədi ilə ümumşəhər bilik yarışlarının təşkili" layihəsi uğurla həyata keçirilir.

Layihədə Gəncə şəhərində fəaliyyət göstərən 46 tam orta məktəb arasında kimya, biologiya və fizika fənləri üzrə təşkil olunan “Breyn Rinq” bilik yarışlarında iştirak üçün 300 nəfər yuxarı sinif şagirdlərinin və 46 nəfər müəllim heyəti cəlb olunublar.

Məlumat üçün bildirək ki, bilik yarışması 3 mərhələdə keçirilir. Yarışmanın mərhələləri 13 oktyabr 2018-ci il tarixdə başlayıb 26 yanvar 2019-cu il tarixdə bitəcək. Bilik yarışmanın I mərhələsi 3 (A qrupu, B qrupu və C qrupu) turdan ibarət olub. Yarışmanın III turunda (C qrupu) şəhərin 3 məktəbi iştirak edəcək (27, 33 və 37 nömrəli məktəblər). 3 məktəbdən biri finalda iştirak edəcək. 9 fevral 2019-cu il tarixdə Final günü keçiriləcək.