Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə UNESCO-nun təhsil hüququnu təşviq edən rəqəmsal kampaniya həyata keçirilib.
Məlumat üçün bildirək ki, təhsil hüququ mütləq prioritetdir və keyfiyyətli təhsilə bərabər çıxış imkanlarını təmin etmək UNESCO-nun qlobal missiyasının əsasını təşkil edir. Kampaniya Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr edilir. Bu, bütün dünyada hər bir ölkənin qanuni vəzifə və öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün UNESCO-nun gördüyü işi nümayiş etdirəcək.
Şagirdləri gözlərinin şəklini çəkməklə UNESCO kampaniyasına qoşulmağa təşviq edildi . Gözlər kampaniyanın vizual simvoludur.