19.12.2018

Respublika fənn olimpiadalarına baza yaratmaq məqsədi ilə riyaziyyat fənnindən bilik yarışı təşkil olunub

Gəncə şəhər 25 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarına baza yaratmaq məqsədi ilə Riyaziyyat fənnindən bilik yarışı təşkil olunub.

Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Tədbirin əvvəlində Olimpiadanın qalibi olmuş beş nəfər şagirdə Fəxri Fərman və hədiyyələr təqdim olunub.  Sonra V siniflər arasında "Bilik yarışması" keçirilib. Şagirdlər "Boz qurd", "Everest" və "İdrak" adlı komandalara bölünüblər. 10 turdan ibarət olan yarışda bütün fənnlərdən eyni zamanda dünyagörünüşü və məntiqdən suallar səsləndirilib. Qalib komandaya, yəni "İdrak " komandasına Fəxri Fərman və hədiyyələr, digər komandalara isə həvəsləndirici mükafatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, məktəbdə riyaziyyatsevərlər üçün "N" klubu yaradılıb.


Açar sözlər: ,  ,