21.12.2018

“Fövqaladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsində Gəncə məktəblisi I yerə layiq görülüb.

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Fövqaladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsində Gəncə şəhər 13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Zəhra Ağayeva I yerə layiq görülüb.  

Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Cari ilin sentyabr-dekabr aylarında keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsidir.

Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilib.

Müsabiqənin respublika mərhələsinin qaliblərinin seçimi Təhsil, Fövqəladə Hallar nazirlikləri, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.


Açar sözlər: ,  ,  ,