21.12.2018

Gəncə Şəhər Təhsil İdarəsində təhsilyanı şura iclası keçirilib

Dekabrın 21-də Gəncə Şəhər Təhsil İdarəsində təhsilyanı şura iclası keçirilib.

İclasda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, 8 saylı ƏMHM-nin rəisi Fəraid Qurbanov və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. 

Təhsilyanı şura iclasında ilk olaraq GŞTİ-nin müdiri Zakir Hüseynov çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclas müddətində 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi, cari dərs ilində təhsildə keyfiyyət ilinin davam etdirilməsi və 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə, həmçinin “Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyət planı, həmin fəaliyyət planına uyğun olaraq görülən işlər barədə məlumat verilib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova və 8 saylı ƏMHM-nin rəisi Fəraid Qurbanov çıxış edərək, təhsilin inkişaf perspektivləri, təhsil strategiyası və onun inkişafı barədə məlumat veriblər.

Gəncə şəhər 1, 4, 12, 16, 17 nömrəli tam orta məktəblərin və 44 nömrəli məktəb-liseyin direktorlarının 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə hesabatları dinlənilib.

Şura iclası qərar layihəsinin oxunması ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,