Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qəhrəmanlar ölmür” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd əfsanəvi azərbaycanlı partizan və kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı, rəssam Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması olub.
Müxtəlif səhnəciklərin nümayiş etdirildiyi tədbirdə Gəncə şəhər Nizami rayon Veteranlar şurasının sədri Tofiq Hüseynov, Azərbaycan Vətənpərvərlər İctimai Cəmiyyətinin regional şöbəsinin əməkdaşı Elçin Axundov iştirak ediblər.
Dram dərnəyinin üzvləri çıxışlarında Mehdi Hüseynzadənin həyat və fəaliyyətindən ətrafll məlumat verərək, ”Uzaq sahillərdə” , “Bizim küçə” filmlərindən hazırladıqları səhnələri təqdim ediblər.