11.01.2019

Məktəbdaxili qiymətləndirmədə yeni qaydaların izah olunması məqsədilə iclas təşkil edilib

Gəncə Şəhər Təhsil İdarəsində məktəbdaxili qiymətləndirmədə yeni qaydaların izah olunması məqsədilə iclas təşkil edilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, məktəb direktorları və müavinləri iştirak ediblər.

İclasda iştirakçılarına “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, məktəbdaxili qiymətləndirmədə yeni qaydalar təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin dərs yükünün azaldılmasına, valideyn məmnunluğuna səbəb olacaq.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Həsənov  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər, həmçinin məktəbdaxili qiymətləndirmədə yeni qaydaları iclas iştirakçılarına izah edib. İclasın sonunda direktor və müavinləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,