Gəncə şəhər ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü münasibətilə anım tədbirləri keçirilib.
Tədbirlər dəyirmi masa, rəsm, inşa müsabiqələri, idman yarışları, sərgilər, müxtəlif təqdimatlar, Şəhidlər xiyabanına ziyarət və sair formatlarda təşkil olunub.
Tədbirlərdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin tarixi barədə geniş danışılıb, məktəblilər öz təqdimatları ilə şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər, vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunub, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.