Gəncə şəhər M. Füzuli adına 22 nömrəli məktəbdə xüsusi sinif şagirdləri üçün səviyyə müəyyənləşdirmə imtahanı keçirilib.
VII siniflərdə riyaziyyat və informatika, VIII siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanın məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarət olub.