Yanvarın 28-də Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb lisey kompleksində “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” və “Yazı işinin təşkili metodikası” mövzusunda müəllimlər üçün qiymətləndirmə imtahanı keçirilib.
Qiymətləndirmənin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları, yazı işinin təşkili, oxu strategiyaları, sinfin idarə edilməsi və s. ilə bağlı zəruri bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Gəncə şəhər, Samux və Daşkəsən rayon ümumtəhsil məktəblərinin ixtisasartırma kurslarında iştirak edən 613 nəfər müəllimin iştirak etdiyi qiymətləndirmə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilir. Qiymətləndirmə tədris ilinin noyabr-dekabr aylarında keçirilən təlimlərə uyğun olaraq həyata keçirilir.