Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində "C" kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirilib.
Tədbirdə layihə rəhbəri Elnur Şabanzadə “Eko youth” layihəsi barədə məlumat verib. "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və İctimai Vəkillik" və "Gənclərin Ətraf Mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirilib.
Məlumat üçün bildirək ki, layihənin məqsədi Gəncə şəhərində müəyyən olunan məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir. Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrədilir. Layihədə yaşıl iməcilik adı altında təmizlik aksiyası keçiirldi. Yığılan tullantılardan müxtəlif növ əl işləri hazırlanaraq yekunda onların sərgisi təşkil edilib.