Fevralın 19-da Gəncə Şəhər Təhsil İdarəsində təhsil şurasının iclası keçirilib.
İclasda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, şura üzvləri, idarənin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Təhsilyanı şura iclasında ilk olaraq GŞTİ-nin müdiri Zakir Hüseynov çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər səsə qoyulub və yekdilliklə qəbul edilib.
İclas müddətində 2018-2019-cu təhsil ilinin birinci yarımilində, ümumtəhsil məktəblərində keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə bağlı görülən işlər müzakirə edilib. 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə, həmçinin “Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyət planı, həmin fəaliyyət planına uyğun olaraq görülən işlər barədə məlumat verilib.
Gəncə şəhər 2, 7, 22, 27 və 39 nömrəli tam orta məktəblərin 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə hesabatları dinlənilib.
Şura iclası qərar layihəsinin oxunması ilə yekunlaşıb.