“Bizim müəllim” layihəsi bu dəfə Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Mənim əsas vəzifəm yaxşı vətəndaş yetişdirməkdir” devizini özünə amal seçən Təbriz Nurəddinlini təqdim edir. Təbriz Nurəddinli 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayıb.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.