21.02.2019

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib. Gəncə məktəblərində "Ana dilim-doğma dilim" və digər müvafiq mövzularda tədbirlər, şeir müsabiqələri, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, “açıq dərs”lər təşkil edilib.

Tədbirlərin keçirilməsində  əsas məqsəd  Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,