Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı məktəbin müəllimləri Xocalı faciəsi barədə geniş məlumat verərək, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıblar.
Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.