01.03.2019

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Martın 1-də Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsinin yoxlanılması, mülki müdafiə üzrə bilik səviyyəsinin qiymətləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.

Maarifləndirici tədbirdə məktəbin hərbi rəhbəri Fərhad İsmayılov fövqəladə hadisələr zamanı necə davranmaq lazım olduği barədə şagirdləri məlumatlandırıb.


Açar sözlər: ,  ,  ,