07.03.2019

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Gəncə şəhər 14 nömrəli tam orta məktəbdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru, müəllimlər, şagird və valideynlər iştirak edib.

Şagirdlər "Beynəlxalq Qadınlar Günü" ilə bağlı məlumat verərək bildiriblər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Tədbirdə şagirdlər müəllimlərini şeir, musiqi və rəqslərlə təbrik ediblər.

Tədbirin sonunda məktəbin direktoru Gülşən Məmmədəliyeva çıxış edərək məktəbin bütün qadın kollektivini bayram münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.


Açar sözlər: ,  ,