13.03.2019

“Nizami Gəncəvi və Fizika gecəsi” adlı fənn gecəsi keçirilib

Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə “Nizami Gəncəvi və Fizika gecəsi” adlı fənn gecəsi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə şagirdlər tanınmış fiziklərin həyatından, kəşflərindən, bu sahədə əldə etdiyi uğurlardan danışıb, fizikaya aid təcrübələr aparıb, səhnəciklər nümayiş etdiriblər.

Milli geyimdə səhnəyə çıxan şagirdlərin “Nəlbəki”, “Sarı gəlin” rəqsi fizikanın gözəllik elmi olduğununa işarə olub. Şagirdlər “Çay süfrəsində fizika” səhnəciyi ilə fizikanın təbiətdəki rolunu, həyatımızın ümumilikdə fizikadan ibarət olduğunu tamaşaçılara çatdıra biliblər. “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Ögey ana”, “Romeo mənim qonşumdur”, “Sehrli xalat”, “Şərikli çörək”, “Bir qalanın sirri” filmlərindən seçilən fraqmentlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub, fizika fənninin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edib.

Sonda tədbirdə fəal iştirak edən şagirdlər məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,