29.03.2019

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım tədbiri keçirilib

Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

Tədbirdə çıxış edənlər bildiriblər ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.  

Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar göstərilib, şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,  ,