04.04.2019

"Gənclər bizim bu günümüz, həm də sabahımızdır"

Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə "Gənclər bizim bu günümüz, həm də sabahımızdır" mövzusunda görüş keçirilib.

Görüşdə Əfqanıstan müharibəsində iştirak edən veteranlar, məktəbin yuxarı sinif şagirdləri və fənn müəllimləri iştirak ediblər.

Görüşdə çıxış edənlər bildiriblər  ki, SSRİ-Əfqanıstan müharibəsi 1979-89-cu illərdə 9 il 1 ay 12 gün davam edib. Ümumilikdə SSRİ-dən 500 mindən çox əsgər müharibədə iştirak edib. 15051 əsgər və zabit həlak olub, 417 hərbçi isə yaralanıb, itkin düşüb. Əfqanlardan isə bu müharibədə iki milyona yaxın insanın öldüyü haqqında müxtəlif fikirlər var. Azərbaycandan da bu döyüşdə 7500 nəfər iştirak edib ki, onların da 208-i həlak olub. 17 nəfər əfqanıstan veteranı isə Qarabağ döyüşlərində “Milli Qəhrəman” adına layiq görülüb.

Sonda şagirdlıri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,