04.04.2019

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması və ordumuzun qüdrətinin təbliğ olunmasıdır.

Daha sonra şagirdlərə 1-4 aprel 2016-cı ildə Milli Ordumuzun əks hücumu zamanı əsgərlərin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx nümayiş etdirilib.

Sonda şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,