02.04.2019

"Hərəmiz bir ağac əkək”

Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə "Hərəmiz bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Ağacəkmə aksiyasında məktəbin həyətinə müxtəlif sortlarda ağaclar əkilib.


Açar sözlər: ,  ,  ,