05.04.2019

“Qızlar Futzal Kuboku”

Gəncə şəhər ümumtəhsil məktəblərinin 13 yaşadək məktəbli qızları arasında futbol turniri keçirilib.

“Qızlar Futzal Kuboku” layihəsi əsasında həyata keçirilən futbol turniri AFFA və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Şagirdlər arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği və yüksək səviyyəli futbolçuların hazırlanması məqsədi ilə keçirilən turnirdə I yerə Gəncə şəhər 28 nömrəli, II yerə 5, III yerə isə 14 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.


Açar sözlər: ,  ,  ,