08.04.2019

Biologiya müəllimləri üçün seminar keçirilib

Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə yaradılmış dayaq məntəqəsində şəhər ümumtəhsil məktəblərinin biologiya müəllimləri üçün seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd biologiya fənninin tədrisi prosesində müasir təlim texnologiyalarının səmərəliliyi, qiymətlənlədirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsindən ibarət olub.

Gəncə  Şəhər Təhsil İdarəsi Meetodik Mərkəzi tərəfindən təşkil edilən seminarda fənnin tədrisi zamanı dərsin səmərəli və düzgün istiqamətdə aparılması, müvafiq forma üsullarının tədrisin keyfiyyətinə təsiri haqqında müzakirələr aparılıb, zəruri tövsiyələr verilib.

Seminarın sonunda qeyd edilən məsələlərlə bağlı müəllimləri maraqladıran sullara metodist tərəfindən aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,