Təhsil nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşan “eTwinning Plus” layihəsi çərçivəsində müəllimlər üçün Türkiyənin İzmir şəhərində seminar keçiriləcək.
Gəncə şəhər ümumtəhsil məktəblərindən 2 nəfər müəllimin iştirak edəcəyi seminar 18-20 aprel tarixlərində həyata keçiriləcək. Iştirakçı müəllimlər bu barədə öz fikirlərini bizimlə bölüşdülər.
Mehriban Hüseynova Gəncə Şəhər Təhsil İdarəsi Metodik Mərkəzin xarici dil üzrə metodisti, 22 nömrəli tam orta məktəbin müəllimi: “Pedaqoji fəaliyyətə başladığım ilk dövrdən etibarən hər zaman inkişaf etmək, şagirdlərim üçün daha yaxşı müəllim olmağa çalışıram. Bunun üçün ilk öncə öyrənib hər zaman inkişaf etmək lazımdır. Bu düşüncə ilə yola çıxaraq bir çox təlim, seminar və görüşlərdə iştirak etmişəm. Həmin görüşlərin bəzilərində mən öyrədən bəzilərində isə öyrənən idim. “Müasir kurikulumlar və yeni təlim strategiyaları”, “Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə” kimi görüşlərdə təlimçi olaraq fəaliyyət göstərmişəm. Bundan başqa “Teaching Kowledge Test”, “English Global Products”, “Teacher Activity Groups”, “Career Planing in Education and Student's project preparation” kimi təlimlərdə isə iştirakçı olmuşam. British Council və AzETA-nın təşkil etdiyi konfrans və seminarlarda həm iştirakçı həm təqdimatçı olmuşam. “eTwinning Plus” layihəsinə 2017-ci ildə qoşulmuşam. Həmin layihə çərçivəsində təşkil olunan təlimlərdə həm offline həm də online seminarlarda iştirak etmişəm. Növbəti günlərdə Türkiyədə keçiriləcək seminarda iştirakımı, bir müəllim olaraq fəaliyyətimə verilən yüksək dəyər kimi qiymətləndirirəm.
Həsən Həsənov Gəncə şəhər 42 nömrəli tam orta məktəbin ingilis dili müəllimi: “Mənim üçün ixtisasımı təkmilləşdirib peşəkar müəllim olaraq inkişaf etmək əsas qayəmdir. Magistr təhsilimi Erasmus Mundus təqaüd proqramı əsasında Yunanıstanda "Alexander Technological Educational İnstitute of Thessaloniki"də almışam. Bundan başqa "English Global Products Training", "Baku Contact seminar ICT for education", "eTwinning National Quality label" kimi seminarlarda iştirak edib sertifikatlar ve diplomlar əldə etmişəm. Həmçinin “eTwinning Plus” layihəsi üzrə bir neçə seminar və görüşlərə də qatılmışam. Türkiyənin İzmir şəhərində keçiriləcək “eTwinning Plus” layihəsinin növbəti belə bir seminarında iştirak məni çox sevindirir. Mən çalışacam ki, orada öyrəndiyim yeni bilik və bacarıqları öz həmkarlarım ilə bölüşüm və tədrisdə istifadə edim.”