Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi “Oxu günü” ilə əlaqədar Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana və Gəncə Uşaq Kitabxanasında olublar.
Görüşün keçirilməsində məqsəd şagirdlərdə oxu bacarıqlarının inkişaf etdirilmsəi, kitaba və mütaliəyə marağın artırılmasından ibarət olub.
Şagirdlər kitabxana ilə tanış olublar. Müəllimlər və kitabxana işçiləri tərəfindən təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verilib. Uşaqlar kitabxananın bütün şöbələrində olaraq, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi kitabxanaya üzv olmaq üçün abunə qaydaları ilə yaxından tanış olublar.