12.04.2019

Fizika fənnindən bilik yarışı keçirilib

Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə fizika fənnindən bilik yarışı keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, fizika sahəsində dərin biliklərə malik gəncləri aşkar etməkdir.

Yarışda şagirdlər müxtəlif komandalara bölünərək sualları cavablandırıblar. Sonda şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,