12.04.2019

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlri ilə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlri ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd şagirdlərə inistitut və müvafiq ixtisaslar  barədə məlumat verməkdən ibarət olub.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov O, qeyd edib ki, imtahanlar yazılı formada aparılmaqla yanaşı, zərurət olduğu hallarda, bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sonra tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi  fəaliyyətə cəlb edilmələri, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə məlumat verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.