Gəncə Şəhər Təhsil İdarəsində ümumtəhsil müəssisələrində “Kiçik Akademiya”ların üzvlərinin görüşü keçirilib.
Tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.
Tədbirdə Gəncə şəhər Metodik Mərkəzin direktoru Söhrab Hacıyev, Təhsil İdarəsinin məsləhətçisi Qorxmaz Abbaszadə və ümumtəhsil məktəblərinin “Kiçik Akademiya” üzvləri iştirak ediblər.
Mövzu ilə əlaqədar çıxış edənlər “Kiçik Akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildiriblər.
Tədbir “Kiçik Akademiya”nın üzvü olan şagirdlərin çıxışı ilə davam edib.