Gəncə şəhər M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə “Oxu Günü” keçirilib.
Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, idarənin əməkdaşları, məktəb direktorları, Gəncə şəhər Mərkəzi kitabxanasının əməkdaşları və digər şəxslər iştirak ediblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.
Tədbirdə şəhərin müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.