Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə böyük yazıçı və ədəbiyyatşünas alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin doğum günü qeyd edilib.
Tədbirdə Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Qonaqlar ilk olaraq görkəmli ədibin büstü önünə gül dəstələri qoyublar. Daha sonra məktəbin smart otağında keçirilən Mir Cəlal Paşayev haqqında təqdimat xarakterli nümunəvi dərs dinlənilib və şagirdlərin hazırladıqları “Ərik ağacı” əsərindən bir parçanı təqdim edilib.. Sonra dərs zamanı müxtəlif sinif otaqlarında şagirdlərlə görüş keçirildi. Daha sonra qonaqlar bir qrup müəllim və şagirdlərlə görüş keçirdilər .
Görüş zamanı Zakir Hüseynov və İbrahim Quliyev görkəmli ədib haqqında maraqlı məlumatlar veriblər . Bildirilib ki, onun əsərlərində həyatın reallıqları, insanın mənəvi dünyası öz inikasını tapmışdır. M.C.Paşayev həm görkəmli ədib, pedaqoq, həm də insanpərvər bir şəxsiyyət olmuşdur.