Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin, İcra Hakimiyyətinin və Gəncə şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Maarifləndirici görüşdə çıxış edənlər, narkotik maddələrin insan həyatına təsirindən geniş bəhs edib, şagirdləri yaxşı təhsil almağa, idmanla məşğul olmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.