30.04.2019

V sinif şagirdləri arasında İngilis dili fənnindən bilik yarışı keçirilib

Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə V sinif şagirdləri arasında İngilis dili fənnindən bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin ingilis dili fənni üzrə bilik və bacarıqlarının möhkəmləndirilməsi, intellektual səviyyəsinin, müzakirə, təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətlərinin üzə çıxarılması olub.

Yarışda şagirdlər 4 komandaya bölünərək verilən sualları cavablandırıblar. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyə ilə təltif olunublar.


Açar sözlər: ,  ,  ,