Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə “Biologiya gecəsi” keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə Biologiya fənninə olan marağı artırmaqdan ibarət olub.
“Biologiya gecəsi”ndə şagirdlər müxtəlif heyvanlardan ibarət canlı guşə yaradaraq, divar qəzetləri hazırlayıb və canlılar aləmindən bəhs edən müxtəlif çıxışlar, səhnələr və rəqslər nümayiş etdiriblər.