Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd şagirdlərin ümumilli lider haqqında olan fikirlərini zənginləşdirmək, onların istedadını, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətini üzə çıxarmaqdan ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan bilik yarışında şagirdlər "Qarabağ", "Aypara", " Babək" və "Bozqurt" adlı komandalara bölünüblər. Yarışın qalibi “Babək” komandası olub.