Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat yarışlarına yekun vurulub.
Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarət olub.
A,B,C,D və E qrupları üzrə 370 məktəbli şahmatçının (88 qız şahmatçı) iştirak etdiyi yarışlarda bütün qruplar üzrə ilk 3 yeri tutmuş oğlanlar və qızlara diplom və şahmat kitabları təqdim edilib.