Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə H.Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.
Müəllim və şagirdlər əvvəlcə Ulu öndərin büstü önünə gül dəstələri qoyublar. Daha sonra Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.