Gəncə şəhər ümumtəhsil məktəblərinin müəllimləri üçün pedaqoji mühazirələrin şəhər turu yekunlaşıb.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.
Şəhər mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən 158 mühazirə mövzuların uyğunluğu və aktuallığının təcrübi əhəmiyyəti, habelə müstəqil hazırlanması baxımından qiymətləndirilib. Sonda 5 mühazirə ən yaxşı pedaqoji iş olaraq qəbul edilib.