Gəncə şəhər 24 nömrəli tam orta məktəbin VI sinif şagirdləri arasında ingilis dili fənnindən “We learn English” adlı bilik yarışı keçirilib.
Yarışda məktəbin direktoru, müəllimlər, şagirdlər və Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.
Yarışın keçirilməsində məqsəd şagirdlərin şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil bilgilərini möhkəmləndirməkdən ibarətdir.
“We learn English” adlı bilik yarışında hər birində 6 şagird olmaqla, ümumilikdə 3 komanda iştirak edib. "Weather", "Water", "Earth" adlı qruplara bölünən şagirdlər səsləndirilən sualları cavablandırıblar. Yarış 2 turda keçirilib. Hər turda şagirdlərə ingilis dili fənni ilə bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan, sözlərin düzgün yazılış və deyiliş qaydaları haqqında 10 sual verilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib, belə ki, ən çox xal toplayan komanda qalib gəlib.
Yarışın sonunda qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.