Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti barədə maarifləndirici seminar keçirilib.
Tədbir şagirdlərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi və onlarda vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə keçirilib.
Dövlətimizin və bayrağımızın şanlı tarixi, zamanın ağır sınaqlarından çıxan xalqımızın mübarizə əzmi və millətimizin vətənpərvərlik ruhu tədbirdəki çıxışların əsas mövzusu olub.
Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.