Mayın 27-də Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə seminar və tədbirlər keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.
Tədbirlərə məktəblilər rəqslər, vətənpərvərlik, azərbaycançılıq mövzusunda şeirlər, mahnılar, səhnəciklər təqdim edib, Azərbaycan Xalq Cümhuriyyəti barədə topladıqları məlumatlarla çıxışlar ediblər.
Tədbirlərdə AXC-nin fəaliyyəti və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib.