VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə keçirilən V Respublika fənn müsabiqələrinin şəhər mərhələsinin nəticələri elan olunub.
Nəticələrə əsasən Riyaziyyat fənnindən 70, fizika fənnindən 12, informatika fənnindən 4, kimya fənnindən 18, biologiya fənnindən isə 15 şagird olmaqla ümumillikdə 119 məktəbli müsabiqənin növbəti turunda iştirak etmək hüququ qazanıb.
Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.