Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hər bir uşaq bir çiçəkdir" adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
Şagirdlər müxtəlif səhnəciklər göstərib, mahnılar ifa ediblər.