Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə “Mənim ilk müəllimim” adlı tədbir keçirilib.
Tədbirdə təhsil idarəsinin əməkdaşları, məktəb kollektivi, I sinif şagirdləri və valideynlər iştirak ediblər.
Birincilərin müəllimləri körpələrin ilk sevinci münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.
Tədbirdə böyük məharət nümayiş etdirən birincilər şeirlər söyləyib, mahnılar ifa ediblər. Çıxış edənlər birinciləri təbrik edib, onları qarşıdan gələn tədris illərində uğurlar arzulayıblar.
Tədbir birincilərin ifasında ədəbi - bədii kompozisiyalarla başa çatıb.